Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Laçın rayon sakini: "Qalib ölkənin qalib və bəxtiyar vətəndaşı kimi qürur hissi ilə yaşayıram”

0

  •         Adında vüqar, məğrurluq var Laçının. Laçın deyəndə gözümüzdə səfalı diyar, uca dağlar, sıldırım qayalar, səmasında süzən qartallar canlanır. Laçını həm də bu yurdun insanlarının mərdliklərindən, səxavətindən də tanımaq olur. Bütün keçmiş məcburi köçkünlər kimi, laçınlıların da dədə-baba torpaqlarına qayıtmaq arzusu ürəkləri dağlayırdı. Rəhmətlik Məhəbbət Kazımovun yanğılı və məlahətli səsi ilə: “...Laçınım, Laçınım, Vətənim mənim...”, - oxuması Qarabağ həsrətimizi, Laçın intizarımızı daha da artırırdı.       Amma ümidimizi, inamımızı bir an olsun itirmədik. Özümüzə qayıtdıq, milli ruhumuzu bir dəmir yumruqda birləşdirdik, özümüzün olanı özümüzə qaytardıq. Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik siyasət, xalqımızın həmrəyliyi, qəhrəman oğullarımızın hünəri 30 illik yurd həsrətimizə son qoydu. 2020-ci il senyabrın 27-də erməni təxribatçılarına qarşı başladılan əks-həmlə əməliyyatı Böyük Zəfərimizlə yekunlaşdı. 44 günlük müharibədə məğlub olduğunu anlayan Ermənistan Kapitulyasıya aktına imza atdı. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan Kapitulyasiya sənədininin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyuldu.Laçın rayonunun Ərikli kənd sakini, təqaüddə olan müəllim Mammudov Məhəmməd Məmmədvəli oğlu Laçının azad olunması haqqında öz təəssüratlarını belə ifadə edir: - Köçkünlük illərində həmişə ürəyimiz qan ağlayıb. Gecələr yuxumda, gündüzlər xəyalımda doğulub boya-başa çatdığım yerləri, kəndimizin meşələrini, cığırlarını gəzmişəm. Qarabağın işğalı ilə heç vaxt barışa bilməzdik. Yurd həsrətilə neçə-neçə insan dünyasını dəyişdi. Yaş ötdükcə doğma torpağımı görə bilməmək qorxusu mənim də ruhumu əsir almışdı. Baxmayaraq ki, Qarabağın azadlığına inamım zərrə qədər azalmanışdı. Vətən Müharibəsində əldə etdiyimiz qələbədən sonra qalib ölkənin qalib və bəxtiyar vətəndaşı kimi qürur hissi ilə yaşayıram. 28 illik məşəqqətli həsrətdən sonra, bu ilin yayında doğma kəndimizə - Ərikliyə qayıtdım. Bəzən insan aldığı təəssüratlardan danışa bilmir. Gözlərimin önünə nələri, kimləri gətirmədim ki...Qoyun-quzu otardığım güneylər, qohum-qonşular, qayğılı günlərim gözlərimin önündə gəlib dayandı. Laçına ömrümün Laçınsız keçən 28 ilini qaytarmaq, ata-anamın ruhunu axtarmaq ümidilə qayıtdım. Amma ötən zamanı, bir də haqqa qovuşanı geri qaytarmaq olmur.  Məhəmməd Mahmudov Laçında gedən quruculuq işlərindən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ından da danışdı. Bildirdi ki, Cənab Prezidentimizin rəhbərliyi ilə Qarabağda aparılan quruculuq işləri və yerinə yetiriləcək proqramlar insanı heyrətə gətirir. Yerlə-yeksan edilmiş yurd yerlərinə həyat yenidən qayıdır. Qarabağın üstündəki qara buludlar indi öz yerini həyat və sevinc bəxş edən günəşə veribdir.       Allah Prezidentimizi, onun ailəsini, xalqımızı qorusun. Bizə bu qələbəni yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlamlıq arzulayıram. Qurub-yaradan xalqımıza eşq olsun!      Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin tarazlı və dayanıqlı inkişafına nail olunması məqsədilə əlverişli mühitin yaradılması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi qayəsini təşkil edir.        Qeyd etməliyəm ki, Dövlət Proqramına əsasən, Laçında da böyük layihələr, quruculuq və bərpa işləri sürətli və sistemli şəkildə davam etdirilir. Yaxın zamanda bütün işğaldan azad olunmuş yurd yerlərimiz kimi, Laçın da gülüstana çevriləcək, keçmiş məcburi köçkünlər öz doğma yurdlarında xoşbəxt və firavan yaşacaqlar.    Qalib BƏYMƏMMƏDOĞLU    "Xocalının səsi" qəzetinin redaktoru 

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib41 dəfə
    Laçın rayon sakini: "Qalib ölkənin qalib bəxtiyar vətəndaşı kimi qürur hissi ilə yaşayıram”

    Maraqlı gələ bilər
    78
    56
    52
    86